Ağciyər Xəstəlikləri İnstitutunda bu gün 2 nəfər dünyasnıı dəyişib

Смотреть онлайн

Опубликовано: 15.01.20
Продолжительность: 01:45
ATV Xəbərin bütün buraxılışlarını izləmək üçün rəsmi YouTube kanalımıza ABUNƏ olun: http://bit.ly/atvnews-subs ATV Xəbər 15.01.2020 Ağciyər Xəstəlikləri İnstitutunda bu gün 2 nəfər dünyasnıı dəyişib Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bu gün 2 nəfər dünyasnıı dəyişib. İnstitutdan verilən məlumata görə, 42 yaşlı şəxs yanvarın 7-də ağır vəziyyətdə “Sağ ağciyərin fibroz-kavernoz vərəmi. Aspergillyoz Ağciyər qanaxması” diaqnozu ilə daxil olub və Ağciyər Vərəm Cərrahiyyə şöbəsinə yerləşdirilib. Müvafiq müayinələr və müalicə təyin edilib. Buna baxmayaraq yanvarın 9-da qanaxma halları təkrarlandığından II Reanimasiya Şöbəsinə köçürülüb. Xəstə yanvarın 11-də reanimatoloq, ftiziatr və cərrah iştirakı ilə şöbədaxili konsiliuma təqdim edilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq profuz qanaxma nəticəsində asfiksiya baş verib, reanimasion tədbirlərə baxmayaraq bioloji ölüm baş verib. 35 yaşlı digər şəxs isə yanvarın 7-də ağır vəziyyətdə “Sol ağciyərin infiltrativ vərəmi. Sağ tərəfli spontan pnevmotoraksla fəsadlaşma. Xroniki ağciyər-ürək çatışmazlığı II-III mərhələ” diaqnozu ilə daxil olub. Vəziyyəti qiymətləndirilərək Ağciyər Vərəm Cərrahiyyə şöbəsinə yerləşdirilib.Müvafiq müayinələr və müalicə təyin edilib. Buna baxmayaraq, yanvarın 14-də xəstənin vəziyyəti daha da ağırlaşdığından II Reanimasiya Şöbəsinə köçürülüb. Aparılan müalicə tədbirlərinə baxmayaraq xəstədə bu gün bioloji ölüm baş verib. Ölümün səbəbi ağciyər-ürək çatışmazlığı olub. Xəstələrin qohumları tərəfindən müdiriyyətə və tibbi personala heç bir şikayət daxil olmayıb. ATV kanallarına ABUNƏ OL: ATV Music ► http://bit.ly/atvmusic-subs ATV Show ► http://bit.ly/atv-subs ATV Cinema ► http://bit.ly/atvcinema-subs ATV Maqazin ► http://bit.ly/ATVmaqazin10larla-subs #atv #atvnews